“Qarabağ”ı saxlamaq çətin olacaq”

“Qarabağ”ı saxlamaq çətin olacaq”
XƏBƏR 8 Sentyabr 2009 / 19:32 1944
-  A +

“Qarabağ” hər zaman döyüşkən komanda olub. Hələ 10 il bundan qabaq çətin durumda belə vuruşaraq nəticə qazanmışıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq hücumçusu, hazırda isə Ağdam klubunda məşqçi kimi çalışan Müşfiq Hüseynov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. M.Hüseynov Premyer Liqanın yeni mövsümü haqda da danışıb: “Avrokuboklarda püşk atılanda heç kim bizə inanmırdı. Amma sübut etdik ki, futbolda hər şey mümükündü. İndi qabaqdan çempionat gəlir. 32 oyunluq marafonda çalışmalıyıq ki, avrokuboklarda qazandığımız nüfuzu qoruyaq. Bizdə əla kollektiv var. Hər kəs bir-birini həm meydanda, həm də kənarda yaxşı anlayır. İnanıram ki, avrokuboklarda yaxaladığımız ruhu saxlaya bilsək, çempionatda bizim qarşımızı kəsən olmayacaq. Bütün rəqiblərimizə hörmətimiz var. Amma “Qarabağ” artıq fərqini çempionatda da ortaya qoyacaq”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi