“Bakı”nın daha bir müdafiəçisi zədədən əziyyət çəkir

XƏBƏR 25 Avqust 2009 / 15:24 1841
-  A +

“Bakı”nın müdafiəçiləri “zədə epidemiyası”na tutulublar. Qol.Az-ın məlumatına görə, Rafael Barbosa və Elvin Əliyevin ardından indi də Vadim Borets zədədən əziyyət çəkir. “Zolaqlılar”ın dünənki məşqində moldovalı müdafiəçi ağrıları artığından hazırlıq prosesinin son bölümünü kənardan izlədi. Lakin həkimlərin dediyinə görə, Boretsin zədəsi bir o qədər də ciddi deyil və futbolçu “Bazel”ə qarşı keçiriləcək cavab oyununadək tam hazır olacaq.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi