Millimizin oyunlarının vaxtı müəyyənləşdi

XƏBƏR 4 Avqust 2009 / 17:34 1958
-  A +

Çimərlik futbolu üzrə Avropa Liqasının Superfinalının B divizionunda Azərbaycan milli komandasının rəqibləri və keçirəcəyi oyunların tarixi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a verilən məlumata görə, millimiz qeyd olunan yarışda avqustun 19-dan 24-ə qədər iştirak edəcək. Oyunlar Portuqaliyanın Vilyareal de Santo Antonio şəhərində keçiriləcək. B divizionunda millimiz Rumıniya, Türkiyə, Belarus, Yunanıstan və A divizionunda sonuncu yeri tutan komanda ilə mübarizə aparacaq.
Çimərlik futbolu üzrə Avropa Liqasının Əsasnaməsinə uyğun olaraq, A divizionunda ən zəif nəticə göstərmiş komanda B divizionuna göndərilir. B divizionunda birinci yeri tutmuş kollektiv isə A divizionunda mübarizə aparmaq hüququ qazanır.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi