Ramal Hüseynov bu dəfə qırmızı vərəqəylə fərqləndi

Ramal Hüseynov bu dəfə qırmızı vərəqəylə fərqləndi
XƏBƏR 3 Avqust 2009 / 11:48 2049
-  A +

Həmyerlimiz Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu yeni mövsümün hazırlığı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, İzmit təmsilçisi ikinci liqa klubu “Göztəpə”ylə qarşılaşıb. Oyun “Göztəpə”nin 2:0 hesablı qələbəsiylə başa çatıb. Meydana “ilk 11-lik”də çıxan Ramal “Kocaelispor”un heyətində bütün oyun boyu mübarizə aparan yeganə futbolçu olub. Lakin matçın sonluğu Hüseynov üçün uğursuz alınıb. 90+1-ci dəqiqədə Ramal ikinci sarı və avtomotik qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.   


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi