Yupp Haynkes 2013-ci ilin ən yaxşı baş məşqçisi seçildi

Yupp Haynkes 2013-ci ilin ən yaxşı baş məşqçisi seçildi
DÜNYA FUTBOLU 13 Yanvar 2014 / 22:09 2959
-  A +

2013-ci ilin ən yaxşı baş məşqçisinin adı məlum olub.

Qol.Az-ın məlumatına görə, bu gün İsveçrənin Surix şəhərində keçirilən səsvermədə "Bavariya"nın keçmiş çalışdırıcısı Yupp Haynkes ötən ilin ən güclü baş məşqçisi seçilib.

Xatırladaq ki, namizədlər arasında  Y.Haynkeslə yanaşı, Yurgen Klopp ("Borussiya" Dortmund) və "Mançester Siti"nin keçmiş baş məşqçisi Aleks Fergüsson da var idi.

Qeyd edək ki, Y.Haynkes ötən mövsüm "Bavariya" ilə Çempionlar Liqası, bundesliqa, Almaniya kubokunu qazanıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi