İtaliya kuboku: "İnter" uduzdu, "Roma" 1/4 finalda

İtaliya kuboku: "İnter" uduzdu, "Roma" 1/4 finalda
DÜNYA FUTBOLU 10 Yanvar 2014 / 02:21 2683
-  A +

İtaliya kubokunda 1/8 finalın növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, üçüncü oyun günündə daha iki qarşılaşma keçirilib.

Doğma azarkeşləri önündə "Sampdoriya" ilə qarşılaşan "Roma" rəqibinə 1:0 hesabı ilə qalib gəlib. "İnter" klubu isə səfərdə "Udineze"yə 0:1 hesabı ilə məğlub olaraq kubokla erkən vidalaşıb.

Qeyd edək ki, İtaliya kubokunda 1/8 finalın qalan görüşləri yanvarın 15-də keçiriləcək.


 


9 yanvar

İtaliya kuboku, 1/8 final

"Roma" - "Sampdoriya" - 1:0
Qol:
Torosidis, 6 (1:0)

"Udineze" - "İnter" - 1:0
Qol:
Maykos, 32 (1:0)

 

8 yanvar

"Fiorentina" - "Kievo" - 2:0
Qollar:
Xoakin, 29 (1:0), Rebiç, 45 (2:0)
 


15 yanvar

"Latsio" - "Parma"
 
"Kataniya" - "Siena"
 
"Milan" - "Speziya"
 
"Napoli" - "Atalanta"


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi