“Honka”nın futbolçusu qolsuz heç-heçəyə də razıdır

XƏBƏR 30 İyul 2009 / 15:51 1911
-  A +

“Qarabağ”la oyunöncəsi komandamızın düşərgəsində əhval-ruhiyyə əladır. Hamımız uğurlu nəticəyə köklənmişik”. Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edəcək Finlandiyanın “Honka” klubunun üzvü Joel Perovuo Espoo klubunun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Gənc yarımmüdafiəçi “Qarabağ” haqda da danışıb: “Qarabağ”ın heyətində çoxlu sayda milli üzvü olan futbolçular var. Həm də unutmayın ki, onlar “Rusenborq” kimi komandanı mübarizədən kənarlaşdırıblar. Bu isə o deməkdir ki,  “Qarabağ” zəif deyil. Buna baxmayaraq, hesab edirəm ki, nə qədər yaxşı müdafiə olunsalar da, istənilən halda, hardasa boşluq buraxacaqlar. İlk matçda 1:0 hesabı ilə qalib gəlsək, kifayətdir. Bu çox yaxşı nəticə olardı. Ən pis halda, qolsuz heç-heçə də etmək olar”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi