Kaxaber Txadadze: “Heyətimizi bir qədər də gücləndirməliyik”

Kaxaber Txadadze: “Heyətimizi bir qədər də gücləndirməliyik”
XƏBƏR 30 İyul 2009 / 10:22 1682
-  A +

“İlk hissə bizim üçün eksperimental xarakter daşıyırdı. Çünki əsas heyətdə baxışda olan futbolçulara şans vermişdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri dünən yoxlama oyununda Boqlarıstanın “Vixren” klubuyla qarşılaşan “İnter”in baş məşqçisi Kaxaber Txadadze matçdan sonra klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Gürcü mütəxəssis bildirib ki, rəqib komanda məhz bu səbəbdən fasiləyə üstün durumda yollanıb: “Elə buna görədir ki, ilk yarıda rəqib komanda qapımızdan iki cavabsız top keçirdi. Amma ikinci yarıda heyəti dəyişdim. Nəticədə futbolçular sürəti artırdılar və topa daha çox nəzarət etməyə başladılar. Yekunda isə iki qol vurduq. O ki qaldı baxışda olan futbolçulara, mən onlardan narazı qaldım. Yenilər bəslənilən ümidləri doğrultmadılar. Əsasən də hücumçular. Buna görə də heyəti bir qədər də gücləndirməliyik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi