“Honka”nın azarkeşləri komandalarını favorit göstərməyə çəkinirlər

XƏBƏR 29 İyul 2009 / 15:28 1960
-  A +

Sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmaları çərçivəsində “Qarabağ”ı qəbul edəcək Finlandiyanın “Honka” klubunun azarkeşləri öz komandalarını bu cütlükdə favorit göstərməyə çəkinirlər. Qol.Az-ın məlumatına görə, bu xəbəri Finlandiyanın idman portallarından biri yayıb. Finlandiyalı həmkarlarımız apardıqları sorğu nəticəsində belə qərara gəliblər ki, fanatlar “Honka” - “Qarabağ” cütlüyündə tərəflərin şanslarını 50/50-ə nisbətində dəyərləndirirlər. Buna səbəb komandamızın “Rusenborq” kimi rəqibi məğlub etməsi və Norveç təmsilçisiylə oyunlarda qapısının toxunulmazlığını qorumasıdır. “Honka” azarkeşlərinin fikrincə, belə bir komandanı məğlub edən klubu mübarizədən kənarlaşdırmaq heç də asan məsələ deyil.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi