Aleksey Savinov: “İnanıram ki, cavab matçı bizim üçün daha yaxşı keçəcək”

XƏBƏR 28 İyul 2009 / 22:57 2012
-  A +

“Oyun çox gərgin keçdi. Hesab edirəm ki, qələbə də qazana bilərdik”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Levski”ylə oyundan sonra “Bakı”nın üzvü Aleksey Savinov deyib. Moldovalı müdafiəçi bildirib ki, hücuma daha çox aludə olduqlarından, arxa xətdə boşluqlar yaranırdı: “İkinci hissədə daha çox hücuma meyl edirdik. Çünki qələbə qazanmaq üçün irəli getməyə məcbur idik. Rəqib komanda da məhz buna görə, qapımızı qarşısında təhlükəli epizodlar yaradırdı. Amma hesab edirəm ki, mübarizə hələ qabaqdadır. Bizi səfərdə çətin oyun gözləyir. Amma inanıram ki, cavab matçı bizim üçün daha yaxşı keçəcək”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi