Çempionlar Liqasının qrup mərhələsində bu gün keçirilməsi gözlənilən "Qalatasaray" - "Yuventus" matçı yenidən təxirə salına bilərdi.
Qol.Az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, bu gün İstanbul şəhərinə yenidən qar yağacağı gözlənilirdi.
"Qarşılaşmanın saat 15:00-a (Bakı vaxtı ilə saat 17.00) təyin edilməsinin səbəbi indiki halda həmin saatda havanın ən yüksək dərəcədə olması ilə əlaqədardır. Ancaq bu gün hava yenidən kəskinləşə bilər" – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, oyunun keçirildiyi "Türk Telekom Arena"nın yerləşdiyi ərazidə yağıntı daha çox olur: “Üstəlik stadionun istilik sistemi də yaxşı işləmir. Əgər onlar işləsəydi, matç rahat oynana biləcəkdi”.
Lakin UEFA nümayəndələri matçın bu gün keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarı açıqlayıblar. Matçın baş tutacağı "Türk Telekom Arena"nın ot örtüyünü nəzərdən keçirən UEFA nümayəndələri və hakimlər oyunun qaldığı yerdən davam etdirilə biləcəyini deyiblər. Son qərara görə oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı dünən əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı. Oyun 32-ci dəqiqədə dayandırılmışdı.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər