Aqil Abbas: "Vüqar Nadirov əjdaha futbolçudur"

Aqil Abbas: "Vüqar Nadirov əjdaha futbolçudur"
XƏBƏR 22 İyul 2009 / 23:50 2365
-  A +

Bugün keçirilən "Qarabağ"ın məşqini millət vəkili Aqil Abbas və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də izləyib. Aqil Abbas komanda qarşısında çıxış edərək, futbolçulara ruh verib. "Siz tarixi bir gündə tarixi oyuna çıxacaqsınız. Sabah siz məğlub olsanız da bu faciə olmayacaq. Amma çalışın ki, bu baş verməsin. Biz matçdan sonra ağlayacağıq. Amma bu sevinc göz yaşları olacaq".  Millət vəkili "Qarabağ"ın hücumçusu Vüqar Nadirov haqqında da fikirlərini bildirib: "Vüqar Nadirov əjdaha futbolçudur. Məndən tez-tez onun necə futbolçu olduğunu soruşurlar. Sabah o müharibədə şəhid olan atasının ruhundan güc alacaq."

 

Daha çox


Son xəbərlər