Ukrayna millisinin üzvü Azərbaycana gəlməkdən imtina etdi

Ukrayna millisinin üzvü Azərbaycana gəlməkdən imtina etdi
XƏBƏR 29 İyun 2009 / 18:15 1908
-  A +

Ukraynanın Xarkov şəhərinin “Xarkov” klubunun üzvü Vadim Milko sport.com.ua saytına verdiyi müsahibəsində  Azərbaycandan təklif aldığını, lakin bunu qəbul etmədiyini açıqlayıb. Qol.Az-ın məlumatına görə, futbolçu konkret hansı klubumuzun ona təklif göndərdiyini deməsə də, bunun baş verdiyini bildirib: “Düzdür, mənim “Xarkov” klubu ilə qüvvədə olan 2 illik müqaviləm var. Amma açığını deyim, burada qalmaq istəmirəm. İstəyirəm ki, karyeramı daha səviyyəli klublarda davam etdirim. Yaşımın elə vaxtıdır ki, mənə ancaq bir şey lazımdır: oynamaq və oynamaq. İlk növbədə Ukraynadan və Rusiyadan gələn təklifləri nəzərdən keçirirəm. Azərbaycanda oynamaq variantım da var idi və oradan da təklif almışdım. Lakin qəbul etmədim. Çünki o qədər də uzağa getmək istəmirəm”.

Qeyd edək ki, “Xarkov”dan öncə Kiyev “Dinamo”sunun da formasını geyinən Milko Ukrayna olimpiya millisinin də üzvüdür.


 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi