Braziliya - İspaniya: Daşla qayanın görüşü

Braziliya - İspaniya: Daşla qayanın görüşü
ETOPAZ 30 İyun 2013 / 15:38 3925
-  A +

İyunun 15-dən başlayaraq Braziliyada davam edən Konfederasiyalar Kuboku bu gecə başa çatır. Bakı vaxtıyla saat 21-də Uruqvay və İtaliya yığmaları 3-cü yer uğrunda oyuna çıxacaq.Gecə saat 3-də isə turnirin final qarşılaşması başlayacaq. Həlledici görüşdə təşkilatçı ölkə - Braziliyanın milli komandasıyla İspaniya üz-üzə gələcək.

2008-ci ildən bu yana iştirak etdiyi bütün turnirləri (2 Avropa çempionatı və bir dünya çempionatı) qazanan ispanlarla futbolun "Allahı" sayılan braziliyalıların dueli maraqla gözlənilir. Çoxları 5 ildir rəqib tanımayan İspaniya millisini məhz braziliyalıların dayandıracağını düşünür.Obrazlı şəkildə desək, bu komandalar arasındakı final matçını "daşla qayanın görüşü" də adlandırmaq olar. İstənilən halda, ispanlar üçün final matçının çətin keçəcəyi şübhə doğurmur.Bəlkə də onların 28 matçlıq məğlubiyyətsiz oyunlar seriyasına elə bu gecə son qoyulacaq,İspaniya son illərdə hansısa yarışın qalibi olmayacaq.Amma bunlar hamısı ehtimallardır. Bütün suallara meydanda cavab veriləcək. Bu maraqlı duelə www.etopaz.az-da tək oyun kimi mərc edə bilərsiniz. Əmsallar kifayət qədər cəlbedicidir: Braziliyanın qələbəsi 2.2, heç-heçə 3.2, İspaniyanın qələbəsi 2.6. İki futbol nəhənginin final həyəcanını www.etopaz.az-la yaşayın, oynayın və qazanın!!!

Etopaz.az


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi