“Avrokubokda “Simurq” üçün çox çətin olacaq”

XƏBƏR 24 İyun 2009 / 17:45 1938
-  A +

“Simurq” ilk dəfədir avrokuboklarda iştirak edir. Odur ki, onlar üçün çox çətin olacaq. Biz o vaxt “Qarabağ”ın heyətində İntertoto kuboku uğurunda yarışda İsrailin “Makkabi” klubuna qarşı oynamışdıq. Düzdür, mərhələ keçmişdik, amma, necə keçmişdik, bir Allah bilir”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində “Qarabağ”ın sabiq futbolçusu Elşad Əhmədov deyib. Əhmədov aradan keçən 10 il ərzində Azərbaycanla İsrail futbolu arasındakı fərqlər haqqında da danışıb: “Düzü, İsrail futbolunu yaxından izləmirəm. Amma məlumdur ki, bizdən çox inkişaf ediblər. Həm milli, həm də, klub komandaları səviyyəsində. Bu mənada, biz hələ çox geridəyik. Çünki müasir Avropa futbolu sürət, texniki ustalıq tələb edir. Bizim futbolçularda isə, o yoxdur”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi