Aslan Kərimov karyerasını bitirmək fikrindən vaz keçdi

Aslan Kərimov karyerasını bitirmək fikrindən vaz keçdi
XƏBƏR 23 İyun 2009 / 10:57 1805
-  A +

“Qarabağ”ın kapitanı Aslan Kərimov daha bir il futbol oynayacaq. Bunu Qol.Az-ın əməkdaşı ilə söhbətində futbolçu özü deyib: “Düzdür, cari çempionat gedə-gedə belə fikir beynimdən keçirdi ki, artıq karyeramı qurtarmağın zamanıdır. Həmişə demişəm ki, gücümün tükəndiyini görəndə özüm könüllü futboldan gedəcəm. Amma sonradan gördüm ki, daha bir il oynayıb komandaya kömək edə bilərəm. Hazırda məşqlərə qatılıram və hiss edirəm ki, hələ gücüm tükənməyib. Baş məşqçimiz və klubumuzun rəhbərliyi də mənə dedi ki, təcrübəm hesabına daha 1 il gənclərə kömək edib. İnanıram ki, onların bu inamını üzümüzə gələn mövsüm də doğruldacağam”. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi