“Bakı” Litvaya birbaşa Sloveniyadan gedə bilər

XƏBƏR 22 İyun 2009 / 16:16 1925
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə üz-üzə gələcək Azərbaycan çempionu “Bakı”nın hazırlıq planında dəyişiklik edilə bilər. Belə ki, ilk matçın səfərdə keçirilməsi komandamızın Bakıya qayıtmadan birbaşa Pribaltikaya yollanmasına səbəb ola bilər. Bu məlumatı Qol.Az-a “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib. Onun sözlərinə görə hər şey onlar istəyən kimi baş tutsa, o zaman “zolaqlılar” Bakıya qayıtmayacaqlar: “Bilirsiniz ki, biz ayın 10-a kimi Sloveniyada təlim-məşq toplanışında olacağıq. Komandamızın artıq “Şengen” vizası var və o avqustun 31-ə kimi qüvvədədir. Bu mənada istəyirik ki, Sloveniya toplanışının ardından Bakıya qayıtmayaq və birbaşa Litvaya yollanaq. Bunun üçün səfirliyə müraciət edib dəqiqəşdirmək istəyirik ki, bu baş tutacaq, yoxsa yenidən viza almalıyıq. Amma mənə elə gəlir ki, yeni vizaya ehtiyac olmayacaq. Qeyd etdiyim kimi, onsuz da hazırkı vizamız avqustun 31-ə kimi qüvvədədir”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi