Oliver Pelzer komandasının oyunundan razı qalıb

Oliver Pelzer komandasının oyunundan razı qalıb
XƏBƏR 17 İyun 2009 / 16:20 2038
-  A +

“Meydan sahiblərinə qarşı oyunun gərgin küçəcəyini əvvəlcədən bilirdim. Buna baxmayaraq ilk dəqiqələrdə qol üçün imkan yaratsaq da ondan  maksimum bəhrələnə bilmədik. Rəqib isə bu imkanından bəhrələndi. Bundan sonra oyunda böyük dəyişiklik yarandı və üstünlüyü ələ alaraq 2:1 hesabı ilə qalib gəldik. Qol.Az-ın məlumatına görə, bu sözləri Moldovada təşkil olunan «FA of Moldova Cup» turnirində iştirak edən və az öncə başa çatan ilk matçda Moldovanı məğlub edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin almaniyalı baş məşqçisi  Oliver Pelzer deyib. Pilzer bəzi qüsurların olduğunu desə də, ümumilikdə komandasının oyunundan razı qaldığını bildirib: “Çatışmamazlıqlar var və onların üzərində işləyirik. Ümumilikdə isə, uşaqların oyunundan razı qaldım. Yüksək əzmkarlıq nümayiş etdirdilər.”

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi