Moldova millisinin yarımmüdafiəçisi «Qarabağ»da

XƏBƏR 17 İyun 2009 / 13:48 2246
-  A +

Avropa Liqası yarışına hazırlaşan Ağdamın «Qarabağ» klubu heyətinə bir legioner futbolçu dəvət edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Moldovanın «Zimbru» klubunun kapitanı Maksim Frantuzu artıq «Qarabağ»ın düşərgəsindədir. 23 yaşlı yarımmüdafiəçi 2006-cı ildə UEFA kubokunda «Zimbru»nun heyətində «Qarabağ»a qarşı oynayıb. Moldava millisinin də formasını geymiş istedadlı futbolçu «Qarabağ» Türkiyəyə gedənə qədər Bakıda yoxlanılacaq və son qərar veriləcək.


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi