Cəmşid Məhərrəmov “Bakı”nı tərk etməsinin səbəbini açıqladı

Cəmşid Məhərrəmov “Bakı”nı tərk etməsinin səbəbini açıqladı
XƏBƏR 16 İyun 2009 / 17:47 2102
-  A +

“Bakı”nı tərk etməyimdə tək səbəb Qarabağlı, “Qarabağ”ın yetirməsi olmağımdır”. Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın yeni transferi Cəmşid Məhərrəmov klubun rəsmi saytına açıqlamasında deyib.

Milli komandamızın da şərəfini qoruyan 26 yaşlı müdafiəçi iki ildir çıxış etdiyi “Bakı” ilə ötən mövsüm çempion oldu. Cəmşid iki illik müqavilə imzaladığı “Qarabağ”la da bu uğura nail olmaq istəyir: “Bakı”da çempion olmuşam. Bu komandanın mənə verdiklərinə görə təşəkkür edirəm. Amma bilirdim ki, nə zamansa “Qarabağ”a dönəcəm. Bu komandaya gəlişimə yerli uşaqlara böyük qiymətin verilməsi səbəb olub. İnşallah, növbəti ildə də “Qarabağ”da çempion olmaq istəyirəm. Bunun üçün komandanın yetərli heyəti var”.

Qeyd edək ki, “Qarabağ”ın buna qədər transfer etdiyi hücumçu Vüqar Nadirov da bu klubun yetirməsidir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi