“Simurq” serbiyalıları bəyənmədi

XƏBƏR 15 İyun 2009 / 14:41 1846
-  A +

İyunun 8-dən "Simurq"un düşərgəsində baxışda olan serbiyalı cütlük - müdafiəçi Nenad Beqoviç və orta xətt oyunçusu Vladimir Bulatoviç barədə qərar verilib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, "Sioni" ilə qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçularla müqavilə bağlamamaq qərarına gəlinib və onlar vətənlərinə yola salınıblar. Baxışda olan digər legionerlərin taleyinə isə sabah aydınlıq gələcəyi gözlənilir.
Bu arada "Simurq"un Gürcüstan toplanışı tam sürətlə davam edir. 3 gün öncə yoxlama görüşündə "Sioni"ni yenən (1:0) komanda gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Bu gün isə məşq planlaşdırılmayıb. Çünki "sarı-qaralar" növbəti yoxlama görüşünü keçirəcəklər. Bir müddət əvvəl rəhbərlikdən icazə alan Sergey Sokolov artıq dünən Tbilisiyə gəlib və komanda yoldaşlarına qoşulub. Qasıq nahiyəsində zədəsini sağaldan Sergey hələ ki, tam gücüylə məşq edə bilmir və zamana ehtiyacı var. Bununla belə, həkimlərin fikrincə, zədələr yan keçərsə, müdafiəçi 15 gün ərzində formasını bərpa edə biləcək.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi