Bu gün püşkatma mərasimi keçiriləcək

Bu gün püşkatma mərasimi keçiriləcək
XƏBƏR 12 İyun 2009 / 11:47 1904
-  A +

Bu gün saat 17:00-da AFFA-nın inzibati binasında «Danone Beynəlxalq Kuboku»nun seçmə mərhələsinin Respublika üzrə final oyunlarının püşkatma mərasimi keçiriləcək. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu mərhələdə «Bakı», «İnter», «Simurq», «Qəbələ», «Neftçi», «Karvan», «Olimpik», «Qarabağ», «Turan», «Xəzər-Lənkəran», «Standard», «Muğan», «Şərur», «Pambıqçı», «Təhsil», «Toxucu», «İmişli», UGİM, RİOEUGİM, «Xudafərin», «Xəzər-92», «Olimpiya məktəbi» və «Neftçi» İSM komandaları mübarizə aparacaq.
Xatırladaq ki, yarışda 11-12 yaşlı (1 yanvar 1997-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək təvəllüdlü) uşaqlar iştirak edir. Seçmə mərhələnin Respublika üzrə final oyunlarının qalibi Braziliyada keçiriləcək «Danone Beynəlxalq Kuboku» futbol turnirində ölkəmizi təmsil etmək hüququ qazanacaq.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi