"Bakı" Polşa və portuqaliyalı futbolçularla danışıqlar aparır

XƏBƏR 5 Dekabr 2008 / 18:12 3126
-  A +

"Bakı" makedoniyalı Georgi Xristovun ardından braziliyalı Bruno Bastelli ilə yolları ayırıb. Bu barədə Qol.Az-a klubun baş meneceri Zeynal Məmmədov məlumat verib. Başqa bir mənbədən əldə etdiyimiz xəbərə görə, braziliyalı hücumçu Bastelliylə avqustun sonunda 3 aylıq müqavilə imzalanmış, sonradan etimadı doğrultmayan futbolçu əvəzedici heyətə göndərilmişdi. "Ola bilər ki, bir futbolçu ilə də vidalaşaq. Kim getmək istəsə, heç kəsi zorla saxlamayacağıq" - deyə, Z.Məmmədov bildirib.

"Bakı"nın rəsmisi heyətə bir neçə yeni futbolçu cəlb olunacağını deyib. Onun sözlərinə görə, Polşanın "Arka"sında bir polşalı və Bolqarıstanın MOİK-ində oynayan portuqaliyalı futbolçu ilə danışıq aparılır. Polşalı hücümçu, portuqaliyalı yarımmüdafiəçidir.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi