Vüqar Nadirov: “0:3 uduzsaydıq, daha yaxşı olardı”

Vüqar Nadirov: “0:3 uduzsaydıq, daha yaxşı olardı”
XƏBƏR 10 İyun 2009 / 16:34 2150
-  A +

“Avropa çempionu ilə oynamaq böyük şərəf idi. Mən deyərdim ki, ilk qolu buraxana qədər pis oynamadıq. Hücumlar da etdik, qol epizodları da yaratdıq. Amma buraxılan qol hər şeyi dəyişdi. Düzdür, bizim də qol imkanlarımız oldu. Lakin istifadə edə bilmədik. Yenə deyirəm, oyun baxımından o qədər də pis oynamadıq. Amma hesab həddindən artıq böyük oldu. 0:3 uduzsa idik, daha yaxşı olardı”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının hücumçusu Vüqar Nadirov deyib. Nadirov ispanlardan öyrənməli çox şeyin olduğunu deyib. O, konkret nüanslara toxunub: “İspaniyalı futbolçulardan öyrənməli şeylər çoxdur. Onlar əsl futbol nümayiş etdirdilər. Çox sadə oynayırdılar, topu vaxtında alıb, vaxtında da verirdilər. Artıq hərəkətə yol vermirdilər”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi