Ronaldodan növbəti het-trik

Ronaldodan növbəti het-trik
DÜNYA FUTBOLU 10 Fevral 2013 / 11:29 3410
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatında növbəti het-trikə imza atıb. Qol.Az-ın məlumatına görə, bu, “Sevilya”ya qarşı Madriddə keçirilən matçda baş tutub.

4:1 hesabı ilə yekunlaşan qarşılaşmada hesabı 18-ci dəqiqədə K.Benzema açıb. 26, 46 və 59-cu dəqiqələrdə isə Ronaldo fərqlənib. “Sevilya”nın qolunu isə 87-ci dəqiqədə Manu vurub.

Qeyd edək ki, bu oyundan sonra Ronalda ehtiyatındakı qol sayını 24-ə çatdırıb. Bombardirlər siyahısında birinci yeri hələ də Lionel Messi (34 qol) tutur.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi