Roman Pokora bu gün Azərbaycana dönür

Roman Pokora bu gün Azərbaycana dönür
XƏBƏR 6 İyun 2009 / 14:12 2262
-  A +

“Simurq”un baş məşqçisi Roman Pokoranın məzuniyyəti başa çatıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bir müddət əvvəl Ukraynaya yollanan Roman Pokora bu gün Zaqatalaya dönür. Qeyd edək ki, “Simurq” yeni mövsümə və Avropa Liqası oyunlarına hazırlığa sabahdan etibarən start verəcək. Komanda 1 həftəyə yaxın Zaqatalada fiziki hazırlıq üzərində işlədikdən sonra Gürcüstana - təlim-məşq toplanışına yollanacaq və orada iki həftə keçirəcək. Avropa Liqasına hazırlığın üçüncü mərhələsi Bakıda baş tutacaq. “Simurq”un iyunun 25 və ya 26-da paytaxta gələcək. Nəzərinizə çatdıraq ki, hazırda millinin düşərgəsində olan Tural Cəlilovla Rauf Mehdiyev və rəhbərlikdən bir neçə günlük icazə alan Sergey Sokolov düşərgəyə bir qədər gec - iyunun 10-dan sonra qoşulacaqlar.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi