Azərbaycan millisinin sabiq kapitanı: “Qorxuram Türkiyə matçı Uelslə oyunda bizə mane olsun”

XƏBƏR 5 İyun 2009 / 11:57 2611
-  A +

“Uelslə oyun çətin olacaq. Rəqiblə artıq neçənci dəfədir üz-üzə gəlirik və onlar bizi yetərincə həm tanıyırlar, həm də oyun taktikamıza bələddirlər. Kardiffdəki ilk qarşılaşma da göstərdi ki, uelslilərə qarşı oynamaq bizim üçün çox çətindir. Amma əzmkarlığımızı ortaya qoysaq, evdə qələbə qazana bilərik”. Bu sözləri Uelslə sabahkı matç öncəsi Qol.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq kapitanı Aslan Kərimov deyib. Kərimovu matç öncəsi narahat edən bir məqam da var: “Mən qorxuram ki, Türkiyə matçı Uelslə oyunda bizə mane olsun. Çünki rəsmi oyundan 3 gün öncə yoldaşlıq görüşü keçirmək futbolçularımız üçün problem yarada bilər. Yenə evdə oynasa idik hə. Amma matç səfərdə keçirilib, oradan yol yorğunluğu ilə geri qayıtmışıq və Uelslə oyuna hazırlıq üçün cəmi 2 gün vaxtımız qalıb.Halbuki, rəsmi oyunlar öncəsi minimum 1 həftə dincəlməlisən”

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi