İspaniya Kral Kuboku: "Real" növbəti mərhələdə (YENİLƏNİB)

İspaniya Kral Kuboku: "Real" növbəti mərhələdə (YENİLƏNİB)
DÜNYA FUTBOLU 10 Yanvar 2013 / 02:51 6929
-  A +

Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.

Səfərdə "Malyorka"nı 5:0 hesabı ilə məğlub edən "Sevilya" doğma azarkeşləri önündə matça çox rahat çıxıb. Bu oyun hər iki tərəf üçün formal xarakter daşıyıb. "Sevilya" bu görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə adlayıb.

Madrid "Real"ı öz meydanında "Selta Viqo" ilə qarşılaşıb. İlk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan "kral klubu" bu axşam həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Rəqibini 4 cavabsız qolla məğlub edən "Real" adını növbəti mərhələyə yazdırıb.  

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.







8 yanvar

İspaniya Kral Kuboku, 1/8 final (cavab oyunları)

"Malaqa" - "Eibar" (İlk oyun - 1:1) - 4:1
Qollar:
Arroyo, 12 (0:1), Dieqo, 74 (1:1), Fernandez, 76 (2:1), Portillo, 82 (3:1), Dieqo, 90 (4:1)

"Valensiya" - "Osasuna" (İlk oyun - 2:0) - 2:1
Qollar:
Kosta, 34 (1:0), Llorente, 37 (1:1), Soldado, 90 (2:1)


9 yanvar

"Sevilya" - "Malyorka" (İlk oyun - 5:0) - 1:2
Qollar:
Moral, 22 (1:0), Brandon, 52 (1:1), Alfaro, 56 (1:2)

"Real" (Madrid) - "Selta Viqo" (İlk oyun - 1:2) - 4:0
Qollar:
Ronaldo, 3 (1:0), 24 (2:0), 87 (3:0), Xedira, 89 (4:0)

"Saraqoza" - "Levante" (İlk oyun - 1:0) - 2:0
Qollar:
Zukulini, 23 (1:0), Montanes, 60 (2:0)


10 yanvar

"Qetafe" - "Atletiko" (Madrid) (İlk oyun - 0:3)

"Barselona" - "Kordoba" (İlk oyun - 2:0)

"Betis" - "Las Palmas" (İlk oyun - 1:1)


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi