İspaniya Kral kuboku: "Valensiya" və "Malaqa" 1/4 finalda

İspaniya Kral kuboku: "Valensiya" və "Malaqa" 1/4 finalda
DÜNYA FUTBOLU 9 Yanvar 2013 / 03:02 2702
-  A +

Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Öz meydanında "Eibar"la qarşılaşan "Malaqa" böyükhesablı qələbə qazanıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən "Malaqa" növbəti mərhələyə adlayıb.

Doğma azarkeşləri önündə "Osasuna"nı qəbul edən "Valensiya" çətin qələbə qazanıb. İlk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən "yarasalar" cavab matçında da meydandan qalib ayrılıb - 2:1.

Qeyd edək ki, 1/8 final mərhələsinin qalan cavab oyunları bu axşam və sabah keçiriləcək.

 

 

 


8 yanvar

İspaniya Kral Kuboku, 1/8 final (cavab oyunları)

"Malaqa" - "Eibar" (İlk oyun - 1:1) - 4:1
Qollar:
Arroyo, 12 (0:1), Dieqo, 74 (1:1), Fernandez, 76 (2:1), Portillo, 82 (3:1), Dieqo, 90 (4:1)
 
"Valensiya" - "Osasuna" (İlk oyun - 2:0) - 2:1
Qollar:
Kosta, 34 (1:0), Llorente, 37 (1:1), Soldado, 90 (2:1)

 

9 yanvar
 
"Sevilya" - "Malyorka" (İlk oyun - 5:0)

"Real" (Madrid) - "Selta Viqo" (İlk oyun - 1:2)

"Saraqoza" - "Levante" (İlk oyun - 1:0)

 

10 yanvar

"Qetafe" - "Atletiko" (Madrid) (İlk oyun - 0:3)

"Barselona" - "Kordoba" (İlk oyun - 2:0)
 
"Betis" - "Las Palmas" (İlk oyun - 1:1)


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi