“Poloniya” Saşa Yunisoğludan canını qurtarmaq istəyir

XƏBƏR 4 Dekabr 2008 / 14:02 3240
-  A +

Polşanın “Poloniya” klubu Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlu ilə yollarını ayırmaq niyyətindədir. Varşava təmsilçisi “Qrotslin”lə birləşdikdən sonra sahib olduğu 23 yaşlı müdafiəçinin xidmətində maraqlı deyil.

Artıq klubun internet saytı da Yunisoğlunun “Poloniya”dan xaric olunmasının vacibliyini yazıb: “Pyotr Sverçevskinin də transferə çıxarılmasının ardından daha iki oyunçu eyni taleyi yaşayıb. Yatsek Kosmalski və Pyotr Peçnyakın transferə çıxarılmağından sonra belə futbolçuların sayı üçə çatıb. Lakin hələ də komandadan xaric olunmalı oyunçular var. Bunlar – Pyotr Kulpaka, Saşa Yunisoğlu, Blaje Teliçovski və Mariuş Zasada: yəni komandamızın payız boyu heyətdə saxlamağa məcbur olduğu, lakin canını qurtarmaq istədiyi futbolçulardır”.

Qeyd edək ki, “Poloniya”nın heyətində cəmi bir oyun keçirən Yunisoğlu Liqa kubokunun matçında meydana çıxıb.

 

Mənbə: apasport.az

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi