«Neftçi»yə baxışa çağırılan futbolçular yola salınıb

XƏBƏR 4 Dekabr 2008 / 11:42 3520
-  A +

Bakının «Neftçi» klubu bu gündən məzuniyyətə çıxıb. Bu barədə Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, komanda bir də yanvarın 6-da bir araya gələcək, ertəsit gün isə təlim-məşq toplanışını keçmək üçün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Yanvarın 17-dək davam edəcək təlim-məşq toplanışı zamanı «Neftçi» bir sıra yoxlama oyunu keçirəcək.
Kluba baxışa dəvət olunan futbolçular isə artıq vətənlərinə yola salınıb. Onların təlim-məşq toplanışına çağırılıb-çağırılmayacağı yaxın vaxtlarda bəlli olacaq.

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi