Podolski: "Van Persi ilə "Arsenal" daha güclü olardı"

Podolski: "Van Persi ilə "Arsenal" daha güclü olardı"
XƏBƏR 8 Oktyabr 2012 / 02:45 1326
-  A +

"Arsenal" klubunun hücumçusu Lukaş Podolski Robin Van Persinin komandadan getməyinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "The Daily Mirror"a danışan polşa əsilli futbolçu Van Persi ilə "Arsenal"ın daha güclü olacağını vurğulayıb:

"Van Persi komandada qalsaydı, "Arsenal" daha güclü olardı. O yüksək səviyyəli bir futbolçudur. Van Persi ilə birgə çıxış etmək istərdim. Lakin o fərqli qərar verdi və "Arsenal"dan getdi. Bununla belə, "Arsenal"da özümü yaxşı hiss edirəm. Təkcə komanda yoldaşlarım deyil, burada olan hər kəs mənə qarşı yaxşı davrandı. Mən də öz növbəmdə "Arsenal"ın uğuru üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Podolski "Arsenal"da keçirdiyi 5 oyunda 3 qola imza atıb. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi