“Qarabağ” təlim-məşq toplanışına yığışdı

XƏBƏR 20 May 2009 / 14:50 1977
-  A +

Mayın 23-də ölkə kubokunun finalında “İnter”lə qarşılaşacaq “Qarabağ” da matçın hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə ağdamlılar artıq təlim-məşq toplanışına yığışıblar. Ruslan-93 bazasında bir araya gələn komanda gündə bir dəfə olmaqla məşqlərini Suraxanıdakı Tofiq İsmayılov adına qəsəbə stadionunda davam etdirir. Heyətdə ciddi itki yoxdur. Zədəsini sağaldan müdafiəçi Zaur Həşimov da artıq kollektiv məşqlərə qoşulub.

 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi