Rivaldo: "El Klassiko"nu "Barselona" qazanacaq"

Rivaldo: "El Klassiko"nu "Barselona" qazanacaq"
XƏBƏR 6 Oktyabr 2012 / 18:56 2443
-  A +

"Barselona" klubunun sabiq futbolçusu Rivaldo sabah axşam keçiriləcək "El Klassiko" haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Barselona" klubunun rəsmi saytına danışan braziliyalı futbolçu sabiq komandasının qələbə qazanacağına inandığını bildirib:

"Çox gərgin bir oyun olacağı bəllidir. Belə oyunlar haqda proqnoz vermək çətindir. "Real" çox yaxşı komandadır. Ötən mövsüm "Nou Kamp"da qələbə qazanmışdılar. Sabah "Barselona" öz evində oynadığından əlavə üstünlük əldə edəcək. Kataloniya təmsilçisi çox sadə və ağıllı oyun nümayiş etdirir. Düşünürəm ki, bu dəfə "Barselona" qələbə qazanacaq".

Qeyd edək ki, "Barselona" - "Real" (Madrid) oyunu sabah axşam, Bakı vaxtı ilə saat 22:50-də başlayacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi