Premyer-liqanın ən yaxşı assistenti: “Komandamın uğuru fərdi göstəricimdən qat-qat önəmlidir”

XƏBƏR 20 May 2009 / 13:53 2132
-  A +

"Simurq"un müdafiəçisi, 10 məhsuldar ötürmə ilə premyer-liqanın ən yaxşı assistenti olan Kaxaber Çxetiani klubun rəsmi internet saytına verdiyi açıqlamada fərdi göstəricisinin qazanılan bürünc medallarla müqayisədə fərdi göstəricisinin önəmli olmadığını söylədi: "Mən müdafiəçiyəm, əsas işim rəqib hücumlarının qarşısını almaqdır. İmkan düşdükcə, hücumlarda da iştirak etməyə çalışıram. Belə nəticə göstərməyimin əsas səbəbi komanda yoldaşlarımın hücumu son çatdırarkən olduqca diqqətli olmasıdır. Həm də künc və cərimə zərbələrinin yerinə yetirməyim də bunda rol oynadı. Lakin deyim ki, məni və bütün komanda yoldaşlarımı fərdi göstəricilər yox, kollektivin uğuru maraqlandırır. Məhz bunun nəticəsidir ki, layiqli olaraq, bürünc medallar qazandıq. İnanın ki, bu mənim üçün ən yaxşı assistent olmaqdan qat-qat önəmlidir. Amma bu göstəricinin məni az da olsa, sevindirmədiyini desəm, yalan danışmış olaram".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi