“Sübut edəcəyik ki, “Qarabağ” Avropaya getməyə layiqdir”

XƏBƏR 19 May 2009 / 19:44 2178
-  A +

"Bu mövsümü aktivimizə yazmaq üçün ölkə kubokunun finalında mütləq qələbə qazanmalıyıq. Bizim komandamız heç də “İnter”dən zəif deyil”. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Artim Şakiri deyib. Makedoniya futbolçu bildirib ki, mövsümü titulla başa vurmaq fikrindədir: “Əgər burdayamsa, komandama ən yaxşısını verməliyəm. Bilirəm ki, bu oyunda məndən çox şey gözləyirlər. Qəti deyəcəm - kolleksiyama Azərbacan kubokunu əlavə etmək istəyirəm. Həftəsonu sübut edəcəyik ki, “Qarabağ” Avropaya getməyə layiqdir. Təbii ki, bunu qazandığımız qələbəylə sübuta yetirəcəyik. Rəqibə hörmət etsək də, onlar bizdən çəkinməlidir. “Qarabağ” böyük oyunların komandasıdır”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi