«Xəzər-Lənkəran»dan cavab gəldi: «Bəlkə də kiminsə pula ehtiyacı var, buna görə də gedib, “İnter”i dəstəkləyəcək»

XƏBƏR 19 May 2009 / 15:57 2353
-  A +

“Bizim klub azarkeşlərin Bakıya səfərini maliyyələşdirməyəndə də «Xəzər-Lənkəran”ın Bakıdakı oyununa öz hesabına cəmi 50-100 azarkeş gəlirdi. Ona görə də inanmıram ki, Lənkərandan 30 avtobus azarkeş gələrək, “İnter”i final matçında dəstəkləsin”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Lənkərandan 30 avtobus azarkeşin kubokun final günü Bakıya gələcəyi və “Qarabağ”la həlledici qarşılaşmada “İnter”ə azarkeşlik edəcəyi barədə yayılan xəbərə münasibət bildirərkən “Xəzər-Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Tural Əsgərov deyib. Klub rəsmisi bildirib ki, onlar yalnız klubun rəsmi fan-klubuna cavabdehdirlər: “Ola bilər ki, “Xəzər-Lənkəran”ın Bakıda fəaliyyət göstərən fan-klubu gedib, finalda “İnter”i dəstəkləsin. Bu da onların öz daxili işidir. Çünki həmin fan-klub müstəqil fəaliyyət göstərir və bizə heç bir hesabat vermirlər. Biz yalnız öz rəmsi fan-klubumuza cavabdehik və tam əminiliklə deyə bilərəm ki, “İnter”in onları stadiona cəlb etməsinə imkan verməyəcəyik. Amma digər insanlara biz cavabdehlik daşımırıq. Bəlkə də “İnter” maliyyə vəsaiti ayıraraq, Lənkərandan azarkeş gətirəcək. Amma bir daha deyirəm ki, bunun bizə heç bir aidiyyatı yoxdur. Lənkəranlılar da Azərbaycan vətəndaşıdırlar və bəlkə də kiminsə pula ehtiyacı var, buna görə də gedib, “İnter”i dəstəkləyəcək. Onsuz da demək olar ki, klubların əksəriyyəti azarkeşləri stadiona pul hesabına cəlb edirlər. Bir daha təkrar edirəm, “Xəzər-Lənkəran”ın rəsmi fan-klubundan heç kim gedib final qarşılaşmasında “İnter”i dəstəkləməyəcək”.   


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi