Junior Nildo AZAL-ın tarixinə düşdü

Junior Nildo AZAL-ın tarixinə düşdü
XƏBƏR 17 Sentyabr 2012 / 13:37 1940
-  A +

Azərbaycan Premyer Liqasının V turu mövsümün ilk pokeri ilə əlamətdar olub.

Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, AZAL klubunun futbolçusu Junior Nildo “Qarabağ”la qarşılaşmada 4 qol vurmaqla adını tarixə yazdırıb.

Braziliyalı futbolçu həm də AZAL-ın tarixində çempionatda 4 qol vurmağı bacaran ilk oyunçu olub. İndiyədək Azərbaycan çempionatları tarixində poker müəllifi olanlar arasında AZAL-ın üzvü yox idi.

Junior çempionatların 20 illik tarixində 34-cü pokerin müəllifi olub. Sonuncu belə poker 2009/10 mövsümündə rəsmiləşmişdi. “Standard”da çıxış edən Fərid Quliyev “Karvan”ın qapısına 4 qol vurmuşdu.

Azərbaycan çempionatının bütün pokerləri

1992 - 7
Samir Ələkbərov (“Neftçi”) - 2, İlham Məmmədov (“Turan”), Qurban Qurbanov (“Daşqın”), Nazim Əliyev (“Xəzər” Sumqayıt), Əli Abuşov (“Plastik”), Mehman Allahverdiyev (“Kəpəz”) - 1. 

1993/94 - 4
Səməd Nəbiyev (“Azəri”), Alay Bəhramov (“Viləş”), İmamyar Süleymanov (“Kəpəz”), Musa Qurbanov (“Turan”) 1.

1994/95 - 2
Yadigar Süleymanov (“Kəpəz”), Nazim Əliyev (“Neftçi”) - 1.

1995/96 - 4
Fazil Pərvərov (“Kəpəz”) - 2, Rövşən Əhmədov (“Kəpəz”), Nazim Əliyev (“Neftçi”) - 1.

1996/97 - 3
Vüqar Qurbanov (“Bakı fəhləsi”), Elbrus Qasımov (“Kəpəz”), Nadir Nəbiyev (“Turan”) - 1.

1997/98 - 2
Bəxtiyar Hüseynov (“Bakı fəhləsi”), Yalçın Bağırov (“Qarabağ”) - 1.

1998/99 - 2
Nazim Əliyev (“Dinamo”), İsmayıl Məmmədov (“Kimyaçı”) - 1.

2001/02 - 1
Zaur Tağızadə (“Şəfa”) - 1.

2003/04 - 1
Samir Musayev (“Qarabağ”) - 1.

2004/05 - 3
İssa Nikiema (“Gənclərbirliyi”), Mixail Xutsişvili (“Kəpəz”), Fernando Peres (“Bakı”) - 1.

2005/06 - 1
Samir Əliyev (“İnter”) - 1.

2007/08 - 1
Vitali Balamestnı (“Qəbələ”) - 1.

2008/09 - 1
İvan Svetkov (“Xəzər Lənkəran”) - 1

2009/10 - 1
Fərid Quliyev (“Standard”) – 1

2012/13 – 1
Junior Nildo (AZAL) - 1

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi