"Mançester Siti"dən David Silvaya yeni təklif

"Mançester Siti"dən David Silvaya yeni təklif
XƏBƏR 17 Sentyabr 2012 / 00:01 1791
-  A +

İngiltərənin "Mançester Siti" klubu aparıcı futbolçusu David Silvaya yeni müqavilə təklif etməyi planlaşdırır.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisinin baş məşqçisi Roberto Mansini Silvanı daha bir neçə il komandasında görmək istəyir.

"Real" (Madrid) klubunun transfer hədəfində olan 26 yaşlı futbolçuya 2017-ci ilə qədər müqavilə təklif olunacaq. Silva yeni müqaviləni qəbul edəcəyi təqdirdə "Mançester Siti"də həftəsinə 240 min avro qazanacaq. Bununla da, Silva "Mançester Siti"də ən çox qazanan futbolçular sırasına qoşulacaq. Lakin hələlik ispaniyalı futbolçu bu təklifə münasibət bildirməyib.

Qeyd edək ki, Yaya Ture, Serxio Aquero və Karlos Tevez "Mançester Siti"də ən çox qazanan futbolçulardır.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi