"Bakı" çempion!!!

"Bakı" çempion!!!
PREMYER LİQA 17 May 2009 / 19:58 4540
-  A +

Qol.Az saytı bu gün saat 18:00-dan etibarən premyer-liqanın sonuncu - XXVI turunun ilk oyun gününün qarşılaşmalarından canlı mətn-reportaj yayımladı.

17 may, bazar
"Bakı" - "Muğan" 4:0 
Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Vaqif Musayev, Zöhrab Əliyev
QOLLAR: Vilyam Roşa Batista (36), Georgi Adamiya (45+2), Əhməd  Ticani (86;87) 


"Bakı" çempion!!!
Oyun başa çatdı.
87. QOLL. Ticani özünün ikinci, komandasının dördüncü qolunu vurdu.
86. QOLL. Meydana indicə daxil olan Rəhman Hacıyev topla bir qədər irəlilədikdən sonra Ticaniyə gözəl ötürmə verdi. Nigeriyalı forvard çətinlik çəkmədən üçüncü qolu "Muğan"ın qapısından keçirdi.
85. "Bakı"nın heyətində daha bir dəyişiklik. Batiostanı gənc futbolçu Rəhman Haclıyev əvəzlədi.  
80. Tərlan Xəlilovun cərimə zərbəsi təhlükəli alınsa da, Sissoko səhvsiz oynadı.   
79. Rafael Əmirbəyov sarı vərəqəylə cəzalandı. "Bakı"nın kapitanı Taranuya qarşı kobud oymamışdı.  
78. Mahmud Qurbanov Əhməd Ticaniyə möhtəşəm ötürmə verdi. Lakin nigeriyalı futbolçu dəqiq oynaya bilmədi.  
76. Mucirinin cərimə zərbəsini "Muğan"ın qapıçısı tuta bildi.
75. "Muğan"ın heyətində oyunçu dəyişikliyi baş verdi. İsaak Puponu Emin Əmiraslanov əvəzlədi. "Muğan"ın heyətində sabiq "Bakı"lıların sayı üçə çatdı. Emin Əmiraslanovdan başqa, Elnur Abdullayev və Tərlan Xəlilov da vaxtı ilə "Bakı"da çıxış edib.   
72. "Bakı" üçüncü qolu vurmağa çox yaxın idi. Lakin "Muğan"ın qapıçısı Kamal Ələkbərov çətinliklə də olsa, Əhməd Ticaninin zərbəsini qaytara bildi.  
70. Cəmşid Məhərrəmovun zərbəsi təhlükəli alındı.
67. Mahmud Qurbanovun zərbəsi qapının üstündən keçdi.
65. "Bakı"nın heyətində daha bir əvəzetmə oldu. Matçın qəhrəmanı Georgi Adamiyanı Əhməd Ticani əvəzlədi.  
62. "Bakı"nın heyətində ilk oyunçu dəyişikliyi. Fernando Peresi Mhmud Qurbanov əvəzləyir. Mahmud karyerası ərzində 10-cu çempionluğu qazanmağa çox yaxındı.      
57. Bu dəqiqələrdə oyunun tempi bir qədər aşağı düşüb.
49. "Bakı" üçüncü qolu vurmağa çox yaxın idi. Batista qapıçının kobud səhvindən yararlana bilmədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45+2. QOLL.
Adamiya möhtəşəm qol vurdu. Gürcü futbolçu rəqibin 5 oyunçusundan sıyrılaraq, topu qapıdan keçirdi.
44. "Muğan"dan daha bir futbolçu - Aqşin Ömərov sarı vərəqəylə cəzalandı. O Adamiyaya qarşı kobud oynamışdı.
43. "Muğan" əks hücumda rəqibini yaxalasa da, Cəmşid Məhərrəmovun təhlükəni sovuşdura bildi.
40. "Bakı" çempionluğun taleyini həll edə bilərdi. Əgər qapı dirəyi olmasaydı... Peresin zərbəsi məhz qapı dirəyinə dəyib, geri qayıtdı. Artıq ikinci dəfədir ki, bəxt "Bakı"dan üz döndərib.   
36. QOLLLL. "Bakı" axır ki istəyinə çatdı. Batista fərqləndi.
34. Taranunun uzaqdan zərbəsini Sissoko asanlıqla tuta bildi.
31. Batista inanılmaz şansı əldən verdi... Braziliyalı forvard demək olar ki, boş qalmış qapını dəqiq nişan ala bilmədi. Bu epizodda topu qapıya göndərməmək, göndərməıkdən daha asan idi.     
28. Batista sarı vərəqəylə cəzalanır.  
25. "Muğan" "Bakı"nın qapısına zərbə endirsə də, Sissoko yerindədir. Seneqallı qapıçı künc zərbəsindən ötürülən topu çətinlik çəkmədən tuta bildi.
22. Mucirinin cərimə zərbəsindən ötürdüyü top "Muğan"ın qapısı qarşısında təhlükə yaratsa da, Slyan klubunun qapıçısı Kamal Bayramov bu dəfə də təhlükəni sovuçdura bildi.   
18. Ramimin uzaqdan zərbəsi təhlükəli alındı.
15. "Bakı" daha bir qol şansını əldən verdi. "Muğan"ın qapıçısı Kamal Bayramov Fernando Peresin sevinməyinə imkan vermədi.  
12. "Bakı" hesabı açmağa çox yaxın idi. Lakin Mucirinin baş zərbəsi qapı dirəyinə dəydi. Gürcü futbolçu çox təəssüflənir.    
10. Qarşılaşmanın artıq ilk 10 dəqiqəsi geri qaldı. "Bakı" hələ ki rəqib qapısı qarşısında real qol epizodyu yarada bilməyib.  
7. "Bakı" qapıya ilk təhlükəli zərbəni endirdi. Lakin Cəmşid Məhərrəmovun zərbəsi qeyri-dəqiq alındı.
6. Artıq oyunda ilk sarı vərəqə də var. "Muğan"dan Ramin Ağayev kobud oyuna görə hakim tərəfindən cəzalandı.  
4. Qapıya ilk ciddi zərbə "Muğan"dan gəldi. Tərlan Xəlilovun təxminən 30 metrdən vurduğu cərimə zərbəsi qapının üstündən keçdi.
Oyun başladı.
                                               ***
Qarşılaşmanın "Bakı" üçün əhəmiyyətindən danışmaq yersizdir. "Zolaqlılar" meydana ancaq bir məqsəd üçün çıxıblar - qələbə. Qazanılacaq 3 xal "Bakı"nı çempion edəcək.




"Bakılı" - "İnter" 1:5 
Zabrat qəsəbə stadionu
Hakimlər: Elçin Məmmədov, Mübariz Haşımov, Həsən Babayev, Elvin Əsgərov
QOL: Hafiz Əliyev (50) - Valter Quqlemon (41), Xaqani Məmmədov (47), Ruhid Usubov (56;87), Branislav Çervenko (62)


"İnter" gümüş medallara sahib çıxdı. "Bakılı" isə premyer-liqa ilə vidalaşdı.   
Oyun başa çatdı.
87. QOLL. "İnter" daha bir qol vurdu. Ruhid Usubov özünün ikinci, komandasının dördüncü qolunu vurdu.  
62. QOLL. "İnter" artıq 4:1 irəlidədir. Branislav Çervenko fərqləndi.

56. QOLL. "İnter" üçüncü qolu vurdu. Ruhid Usubov fərqləndi. Hesab artıq 3:1 "İnter"in xeyrinədir.  
50. QOLL. "Bakılı" hesab arasındakı fərqi minimuma endirdi. Hafiz əliyev fərqləndi.  
47. QOLL. "İnter" artıq ikinci qolu vurdu. Xaqani Məmmədov fərqləndi.

İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. QOLL.
Valter Quqlemon hesabı açdı. Uruqvaylı forvard mövsümdə 17-co qolunu vurdu.

28. Xaqani Məmmədov hesabı açmağa yaxın idi. Lakin təcrübəli forvard əlverişli imkanı dəyərləndirə bilmədi.  
10. İlk dəqiqələrdən "İnter" hücuma atılıb. Lakin "bankirlər" hələ ki rəqib qapısına yol tapa bilməyib.  
Oyun başladı.
                                            ***
"İnter" meydana optimal heyətlə çıxıb. "Bankirlər"in qulağı respublika stadionunda olacaq. "Muğan" sensassiyaya imza atsa, "İnter" iki il ardıcıl çempion ola bilər.




"Karvan" - "Qarabağ" 0:0 
Yevlax şəhər stadionu
Hakimlər:
Vüsal Əliyev, İlham Əliyev, Azad Q Hüseynov, Rauf Cabbarov


Dördüncü pillə "Xəzər-Lənkəran"a qismət oldu. Avro-liqaya yollanmaq üçün "Qarabağ"ın yalnız bir ümidi qaldı - ölkə kubokunu qazanmaq. Əks halda, Ağdam klubu qitəmiqyaslı yarışlardan kənarda qalacaq.  
Oyun başa çatdı.
87. "Qarabağ" daha bir qol şansını qaçırdı. Aftandil Hacıyevin zərbəsi qapı tirindən qayıtdı,  
84. Şakirinin cərimə zərbəsi təhlükəli alınsa da, top çərçivəyə düşmədi.
77. "Karvan"dan Əziz Quliyev ikinci sarı vərəqə və avtomotik qırmızı vərəqə alaraq, komandasını meydanda azlıqda qoydu.
76. Vüqar Nadirovun aşırma zərbəsi qapıdan az fərqlə aralı keçdi.
58. "Karvan" hesabı aça bilərdi. Lakin Murad Ağakişiyev əlverişli imkandan yararlana bilmədi.  
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
37. "Qarabağ" oyunda ən real qol şansını qaçırdı. Vaqif Cavadov boş qapını dəqiq nişan ala bilmədi.
29. "Qarabağ" daha bir real qol epizodunu əldən verdi. Yenə də Elnur Allahverdiyevin qüvvətli zərbəsi qeyri-dəqiq alındı.
19. "Qarabağ" da rəqibinə borclu qalmadı. Elnur Allahverdiyevin başla zərbəsi az fərqlə qapının üstündən keçdi.
17. Vüqar Nadirovun qüvvətli zərbəsi qapı çatından geri döndü. "Karvan" hesabı açmağa çox yaxın idi.
12. İlk dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir.  
Oyun başladı.
                                               ***
"Karvan" üçün matç turnir cədvəli baxımından heç bir önəm daşımasa da, "Qarabağ" haqda eyni sözləri deyə bilmərik. Bu gün "Qarabağ" Yevlaxdan qələbə ilə dönə bilsə, artıq Avroliqaya bilet sifariş verə bilər. Əks halda, kubokun finalının gözləmək lazım gələcək.     


"Qəbələ" - "Turan" 0:1 
Qəbələ şəhər stadionu
Hakimlər:
Əfqan Həmzəyev, Arif Ağayev, Munis Abdullayev, Rasim Məmmədov
QOL: Əfran İsmayılov (20) 


Oyun başa çatdı.
65. "Qəbələ" hücumlarını davam etdirir. Lakin "Turan"ın müdafiə xəttini yarmaq hələ ki qeyri-mümkündür.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
25. Kənan Kərimovun zərbəsi təhlükəli alındı.
20. QOLL. "Turan" 1:0 irəlidədir. Əfran İsmayılov penaltini dəqiq yerinə yetirdi.
11. İlk dəqiqələrdən "Qəbələ" daha fəaldır. Lakin "Turan"ın arxa xətti hələ ki səhvsiz oynayır.
Oyun başladı.


"Olimpik" - "Neftçi" 0:0 
"Şəfa" stadionu
Hakimlər: Fariz Yusifov, Azər Məmmədov, Eldar Nağıbəyov, Fuad Həsənov


Oyun başa çatdı.
80.
Qomeş yaxın məsafədən boş qapını dəqiq nişan ala bilmədi.
64. Atemin daha bir zərbəsi yaddaqalan oldu.
58. Vlaentin Atemin zərbəsi təhlükəli alındı.
52. Çoruzinin cərimə zərbəsi təhlükəli alınsa da, Miçoviç yerindədir.    
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
30. Stefanovun cərimə zərbəsi təhlükəli alınsa da, top çərçivəyə düşmədi.  
17. Qomeşin zərbəsi dəqiq alınmadı.
9. "Neftçi" matça fəal başlayıb. "Ağ-qaralar" ilk dəqiqələrdən "Olimpik"i qapısına doğru sıxışdıra bilib.
Oyun başladı.





16 may, şənbə
"Xəzər-Lənkəran" - "Simurq" 3:1 

"Xəzər-Lənkəran" adına stadion
Hakimlər: Anar Salmanov, Mehman Mahmudov, İsgəndər Əliyev, Ramil Diniyev 
QOLLAR: İvan Svetkov (24-penaltidən), Ramulo Silvano (27;65) - Vladimir Mazyar (84)


Bu qələbə sayəsində "Xəzər-Lənkəran" dördüncü pilləyə yüksəldi. Lakin "Xəzər-Lənkəran"ın orada duruş gətirib-gətirməyəcəyi sabah keçiriləcək "Karvan" - "Qarabağ" oyunundan asılıdır.   
Oyun başa çatdı.
84. QOLL. "Simurq" hesab arasındakı fərqi azaltdı. Mazyar Pokoranın ona əbəs yerə güvənmədiyini sübuta yetirdi. Ukraynalı forvard bir daha qolçuluq bacarığını nümayiş etdirdi.
75. Mazyar hesab arasındakı fərqi azalda bilərdi. Lakin o Kramarenko ilə dueldən məğlub ayrıldı.
72. Pokora meydana "Simurq"un bombardiri Vladimir Mazyarı buraxdı. Lakin ukraynalı forvard da çətin ki, komandasını məğlubiyyətdən qurtara bilsin.
65. QOL. Ramulo özünün ikinci, komandasının isə üçüncü qolunu vurdu. "Simurq" hesab arasındakı fərqi azaltmağa çalışırkən, qapısında daha bir qol gördü.  
50. Sergey Artyux "Xəzər-Lənkəran"ın azarkeşlərini yenidən həyəcanlandırdı. Ukraynalı futbolçunun zərbəsi təhlükəli alınsa da, çərçivəyə düşmədi.  
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
38.
Bolkvadzenin cərimə zərbəsi təhlükəli alınsa da, hesab dəyişmədi.
30. Buraxılan qollardan sonra "Simurq" bir qədər fəllaşıb.
27. QOLL. Ramulo Silvano ikinci qolu "Simurq"un qapısından keçirdi. "Xəzər-Lənkəran" artıq 2:0 irəlidədir.  
24. QOLLL. Svetkov "Xəzər-Lənkəran"ı hesabda önə keçirdi. Bolqar hücumçu penaltini dəqiq yerinə yetirməklə mövsümdə vurduğu qolların sayını 15-ə çatdırdı.  
22. Ramulonun zərbəsi təhlükəli alındı.
20. Elşən Məmmədov "Xəzər-Lənkəran"ın qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaratdı.
17. Bolkvadze "Xəzər-Lənkəran"lı azarkeşləri həyəcanlandırsa da, zərbəsi qeyri-dəqiq alındı.
15. Artıq "Simurq" da fəallaşıb. Stadiona toplaşanlar bu dəqiqələrdə maraqlı oyuna tamaşa edirlər. Pokoranın yetirmələri Lənkərana turist kimi gəlmədiklərini sübuta yetirirlər.      
11. "Simurq" isə öz ənənəsinə sadiq qalaraq müdafiə olunaraq, ümidini əks hücuma bağlayır.
7. Gözlənildiyi kimi, ilk dəqiqələrdən "Xəzər-Lənkəran" hücuma daha çox meyl edir. Bu da gözləniləndir. Çünki mövsümün son matçında Ponomaryovun yetirmələrini qələbədən başqa heç bir nəticə qane etmir.  
Oyun başladı.
                                           ***
Bu oyun "Xəzər-Lənkəran" üçün böyük əhəmiyyət daşıyır. "Xəzər-Lənkəran" Avrokuboklara qatılmaq üçün bu gün mütləq "Simurq"a qalib gəlməlidir. Əks halda cənublular son illər ərzində ilk dəfə olaraq, qitə miqyaslı yarışlardan kənarda qalacaq.  





"Standard" - MOİK 2:1 
"Şəfa" stadionu
Hakimlər: Ceyhun Haşımov, Qəzənfər Məmmədov, Coşqun Həsənov, Elnur Muradov
QOLLAR: Anxel Qutyerres (6), Rikelme (85) - Fuad Əliyev (14)


Bu qələbə sayəsində "Standard" mövsümü 7-ci pillədə başa vurdu.
Oyun başa çatdı.
85. QOLL. Rikelme "Standard"ın bayaqdan gözlədiyi qolu vurdu - 2:1. "Standard" irəlidədir.  
75. "Standard" hücumlarını davam etdirir. Lakin hesabı dəyişmək hələ də mümkün olmayıb.  
64. "Standard" hücumlarına ara vermir. Epizodların birində Edvinus başla zərbəsi qapının az fərqlə yanından keçdi.   
52. Fasilədən sonra da "Standard" bütün komanda ilə hücum edir. Lakin "hərbçilər"in arxa xəttini yarmaq hələ də mümkün olmayıb.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
35. Oyun təkqapı gedir. "Standard" bütün komanda ilə hücum edir, MOİK isə müdafiə olunur.  
30. "Standard" daha bir əlverişli imkanı əldən verdi. Qutyerres hesabı yenidən komandasının xeyrinə dəyişməyə çox yaxın idi.  
23. Rodriqo MOİK-i yenidən meydanın mərkəzinə dəvət edə bilərdi. Lakin cənubi amerikalı futbolçunun zərbəsində azacıq dəqiqlik çatmadı.   
14. QOLL. MOİK hesabı bərabərləşdirdi. Fuad Əliyev status-kvonu bərpa etdi. Qəhrəman Əliyevin yetirmələri rəqibi əks-hücumda yaxaladılar. Deyəsən, "hərbçilər" gedərkən qapını bərk çırpmaq istəyirlər.  
6. QOLL. "Standard" ilk ciddi hücumdaca hesabı açmağa müvəffəq oldu. Qutyerres fərqləndi.
Oyun başladı.





 YEKUN TURNIR CƏDVƏLİ   

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "Bakı" 26 20 2 4 54-13 62
2. "İnter" 26 18 7 1 54-16 61
3. "Simurq" 26 16 5 5 39-20 53
4. "Xəzər-Lənkəran" 26 15 5 8 49-21 50
5. "Qarabağ" 26 14 7 5 35-22 49
6. "Olimpik" 26 12 8 6 32-18 44
7. "Standard" 26 12 3 11 30-31 39
8. "Neftçi" 26 9 9 8 30-20 36
9. "Karvan" 26 10 4 12 28-33 34
10. "Qəbələ" 26 9 6 11 28-21 33
11."Turan" 26 5 5 16 19-43 20
12. "Muğan" 26 4 2 20 19-53 14
13. "Bakılı" 26 3 3 20 14-63 12
14. MOİK 26 1 2 23 12-64 5

 

Daha çox


Son xəbərlər