Aftandil Hacıyev millinin legionerlərindən narazıdır

XƏBƏR 2 Dekabr 2008 / 19:43 3407
-  A +

«Qarabağ»ın müdafiəçisi Aftandil Hacıyev yenidən milli komandanın şərəfini qorumaq arzusundadır. 27 yaşlı futbolçu Qol.Az-a açıqlamasında yığmanın baş məşqçisi Berti Foqtsdan dəvət gözlədiyini deyib: «Vaxtilə milli komandada necə oynadığımı görmüsünüz. İndi də ölkənin əsas komandasına qayıtmaq arzusundayam. Amma bu mənim əlimdə deyil. Bunun üçün baş məşqçi dəvət göndərməlidir. Yığmada oynamaq gücündəyəm və milliyə dönməyi hədsiz dərəcədə arzulayıram». Millimizin Albaniya ilə son oyununu izləyən müdafiəçi komandamızdan daha yaxşı oyun gözləyirmiş: «Ümid edirdim ki, yığma albanlar qarşısında daha yaxşı çıxış edəcək. İndi bir neçə legioner milliləşdirilib. Belə çıxır ki, onlar yerli futbolçulardan güclüdürlər. Onda qoy güclərini oyunda göstərsinlər. Amma Albaniya ilə matçda bunu görmədim».

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi