"İnter"in rəqibi Macarıstan millisinin qapıçısı ilə gücləndi

"İnter"in rəqibi Macarıstan millisinin qapıçısı ilə gücləndi
XƏBƏR 14 İyul 2012 / 16:11 1993
-  A +

Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in rəqibi olan Yunanıstanın "Asteras Tripolis" klubu heyətini gücləndirməkdə davam edir.

Qol.Az-ın məlumatına görə, Tripolis təmsilçisi macarıstanlı qapıçı Marton Fülöpü transfer edib.

Karyerası ərzində "Mançester Siti", "Tottenhem", "İpsviç", "Sanderlend", "Stok Siti", "Leyçester Siti" və "Vest Bromviç" kimi komandalarda çıxış edən 29 yaşlı qapıçı "Asteras Tripolis"lə iki illik müqavilə imzalayıb.

Macarıstan millisinin heyətində 24 oyuna çıxan Fülöp Tripolis təmsilçisinə keçidi ilə bağlı bunları deyib: "Bu komandaya transfer olduğum üçün çox şadam. Öz oyunumdan razıyam və düşünürəm ki, yaxşı qapıçıyam.

İnanıram ki, necə qapıçı olduğumu azarkeşlərə nümayiş etdirə biləcəyəm. Buna görə də azarkeşləri stadionlara dəvət edir və bizi dəstəkləməyə çağırıram. Yeni komandamın Avropa Liqasında daha uzağa getməsini və Superliqada liderlər sırasında qərarlaşmağını arzulayıram".



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi