“Sport-ekspress”: Kapello Rusiya millisinin baş məşqçisi təyin olunacaq

“Sport-ekspress”: Kapello Rusiya millisinin baş məşqçisi təyin olunacaq
DÜNYA FUTBOLU 13 İyul 2012 / 19:51 2722
-  A +

Rusiya milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Qol.Az-ın xəbərinə görə, bu haqda nüfuzlu “Sport-ekspress” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya Futbol İttifaqı Fabio Kapello ilə razılığa gəlib. Gələn həftə italiyalı mütəxəssislə müqavilə imzalanacaq. Müqavilə DÇ-2014-ün final mərhələsinin sonunda bitəcək. Müqavilənin məbləğinin 5-6 milyon avro təşkil etdiyi bildirilib.

Yeri gəlmişkən, dünən Kapellonun Moskvada Rusiya Futbol İttifaqıyla danışıqlar apardığı rəsmən təsdiqlənib.

Xatırladaq ki, Rusiya Azərbaycan millisiylə DÇ-2014-ün seçmə mərhələsində eyni qrupa yer alır. Bu isə o deməkdir ki, Rusiya komandasını millimizlə oyuna məhz Fabio Kapello çıxaracaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi