"Simurq" yanvarda bir araya gələcək

XƏBƏR 2 Dekabr 2008 / 11:12 3191
-  A +

"Xəzər-Lənkəran"la birinci dövrənin son oyunundan sonra "Simurq"un futbolçuları və məşqçi heyəti istirahətə yollanıb. Klubun rəsmi saytının məlumatına görə, baş məşqçisi Roman Pokora komandanın Yeni il bayramından sonra bir araya gələcəyini söyləyib. "Simurq"un ikinci dövrənin hazırlıqlarına yanvarın 10-dan sonra başlayacağı gözlənilir. Ümumiyyətlə, hazırlıq planı yaxın vaxtlarda məlum olacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi