"Avro-2012"nin ən yaxşı futbolçusu evlənir

"Avro-2012"nin ən yaxşı futbolçusu evlənir
XƏBƏR 7 İyul 2012 / 13:28 2485
-  A +

"Avro-2012"nin ən yaxşı futbolçusu seçilən Andres İniyesta həftəsonu subaylığın daşını atacaq.

Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, İspaniya millisi və "Barselona"nın futbolçusu bazar günü Anna Ortizlə ailə həyatı quracaq.

Başda komanda yoldaşları Lionel Messi və Xavi Hernandez olmaqla bir sıra tanınmış simalar İniyestanın toyuna dəvət olunublar. Bu qonaqların sırasında Luis Araqonez, Frank Raykard, Pep Qvardiola, Visente Del Boske, Lui Van Qal və İker Kasilyas da olacaq.

Qeyd edək ki, İniyestanın toyunda 700-ə yaxın insanın iştirak edəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi