Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Estoniyanın "Trans" klubunu 5:0 hesabı ilə darmadağın edən "İnter"in növbəti mərhələdə Yunanıstanın "Asteras Tripolis" komandası ilə qarşılaşacağı haqda xəbər vermişdik.
Qol.Az-ın yunan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "bankirlər" növbəti mərhələyə yüksələcəyi təqdirdə yenə ilk matçını səfərdə keçirə bilər.
Buna səbəb kimi isə Bakının eyniadlı komandasının da iyulun 19-də "Dalğa Arena"da Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşmaq ehtimalı göstərilir. "Dalğa Arena"nın eyni gündə iki oyunu qəbul edə bilməməsi səbəbindən həm "Bakı", həm də "İnter" klubları I təsnifat mərhələsini uğurla keçəcəyi təqdirdə Kaxaber Sxadadzenin komandası ilk görüşünü Bakıda deyil, Yunanıstanda keçirməli olacaq. Artıq bu barədə UEFA-ya məlumat verilib.
Qeyd edək ki, "İnter" dünən keçirdiyi ilk matçında Estoniyanın "Trans" klubunu səfərdə 5:0 hesabı ilə darmadağın etdiyi halda, "Bakı" doğma azarkeşləri önündə Sloveniya "Mura"sı ilə bacarmayıb - 0:0. Bu komandalar arasında cavab matçı isə iyulun 12-də baş tutacaq.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı