Almaniya millisinin kapitanı: "Günahkar özümüzük"

Almaniya millisinin kapitanı: "Günahkar özümüzük"
AVRO-2012 29 İyun 2012 / 03:14 2897
-  A +

Almaniya milli komandasının kapitanı Filip Lam İtaliya ilə görüşdən sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan Lam İtaliyaya məğlubiyyətdə özlərini günahlandırıb:

"Bu oyunda acı məğlubiyyətlə üzləşdik. Ancaq düşünürəm ki, burada əsas günahkar özümüzük. Çünki oyun ərzində xeyli sayda səhvlərə yol verdik. İkinci hissəyə sürətli başladıq. Lakin qol vurmağı bacarmırdıq.

Məsut Özilin qolundan sonra isə hesabı bərabərləşdirməyə vaxtımız qalmadı. Artıq çox gec idi. İtaliya millisi taktiki cəhətdən çox gözəl oynadı. Almaniya millisi böyük potensiala malikdir. Bundan istifadə etmək lazımdır. Əks təqdirdə yenə titulsuz qalacağıq".

Qeyd edək ki, "Avro-2012"nin yarımfinalında İtaliyaya 1:2 hesabı ilə məğlub olan Almaniya millisi mübarizəni dayandırıb.
 


Son xəbərlər