Türkiyə prezidenti Şota Arveladzeyə qol vurdu (VİDEO)

Türkiyə prezidenti Şota Arveladzeyə qol vurdu (VİDEO)
VİDEO 22 İyun 2012 / 14:01 2650
-  A +

Türkiyə prezidenti Abdullah Gül doğulduğu Kayseri şəhərini ziyarət edib.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, səfər zamanı “Kayserispor” futbol klubunun bazasına da baş çəkən Gül özünü penaltilər zərbələrində yoxlayıb.

Klubun prezidenti Rəcəb Mamurun ona hədiyyə etdiyi 38 nömrəli formanı geyinən A.Gül qapıda dayanan "Kayserispor"un gürcüstanlı baş məşqçisi Şota Arveladzeyə 3 penalti zərbəsi vurub. Türkiyə prezidentinin zərbələrindən yalnız sonuncusu dəqiq olub.




Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi