Georgi Adamiya: “Azərbaycan klubları bu il Avropada sözlərini deməlidir”

Georgi Adamiya: “Azərbaycan klubları bu il Avropada sözlərini deməlidir”
XƏBƏR 22 İyun 2012 / 13:45 1972
-  A +

“Maribor” güclü klubdur, Avropada yetərincə oyun praktikası var, Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Bu cür klublarla oynamaq hər zaman faydalı olub. Bu mənada bizim üçün də qarşılaşmanın xeyirli olacağını düşünürəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Sloveniya mətbuatına açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Georgi Adamiya deyib. O, sloveniyalı həmkarlarımıza şərəfini qoruduğu komanda və Azərbaycan futbolu haqqında da danışıb: “İnter” Azərbaycanın iddialı klublarındandı, ikiqat ölkə çempionudur. Qarşımıza qoyulan məqsəd Avropa Liqasında uğurlu çıxış etməkdi. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Qrup mərhələsi? Əgər bu cür şansımız olsa niyə də istifadə etməyək? Ümumiyyətlə, deyərdim ki, Azərbaycan futbolu hər ötən gün inkişaf edir, yeni bazalar, stadionlar tikilir. Bu mənada Azərbaycan klubları bu il Avropada sözlərini deməlidir”.

Sonda qeyd edək ki, “İnter” “Maribor”a qarşı aşağıdakı heyətlə oynayıb:

Georgi Lomaya, Valeriy Abramidze, Slavço Georgievski, Georgi Adamiya, Asif Məmmədov, Petar Zlatinov, Vladimir Levin, İlie Kandelaki, Arif Daşdəmirov, Baçanam Sxadadze

Sonradan oyuna daxil olanlar: Tevdoradze, Ramil Həşimzadə, Tales Şuts, Niasse, Ruslan Əmircanov

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi