Almaniya klubunun futbolçusu "Sumqayıt"da

Almaniya klubunun futbolçusu "Sumqayıt"da
XƏBƏR 21 İyun 2012 / 16:15 1944
-  A +

Son olaraq “Sivasspor”dan Məhəmməd Əli Atamın transferini reallaşdıran “Sumqayıt” klubu növbəti futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, IV Bundesliqada mübarizə aparan “Berliner AK” klubunda çıxış etmiş Azərbaycan əsilli Pərdis Fərcad-Azad klubu ilə iki illik müqavilə imzalayıb.

Hücumameyilli yarımmüdafiəçi 1988-ci ildə anadan olub və peşəkar karyerasına 2007-ci ildə “FC Karl Zeiss Jena” klubunun ikinci komandasında başlayıb. O, bu qarşılaşmalarda 36 oyunda meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.

Pərdis 2009-2010-cu illər ərzində “VFC Plauen”in şərəfini qoruyub (20 oyun, 3 qol). 2010-cu ildən “Berliner AK”da çıxış edən adı çəkilən futbolçu 34 qarşılaşmada rəqib qapılarından 13 top keçirib.

Yeni transfer Pərdis Fərcad-Azad “Sumqayıt” klubunda 7 nömrəli  formanı geyinəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi